Texnofest festivalı iki dövlət arasında mövcud olan dostluq və strateji tərəfdaşlığın növbəti təzahürüdür. Dövlət başçılarımızın bir yerdə olmaları və Azərbaycanın müstəqllik gününü birlikdə qeyd etmələri Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının bir rəmzidir . Müstəqillik Günündə Türkiyyənin Prezidenti R.T.Ərdoğanın ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərin dünyada eyni soykökə malik xalqlar arasında analoqu olmadığını bir daha bütün dünyaya göstərmiş oldu. Bu səfər və hər iki ölkənin Liderlərinin birgə Texnofest festivalında iştirakları “Bir millət, iki dövlət” ideyasının növbəti dəfə tərənnümüdür.Hər zaman Azərbaycan və Türkiyyə bir-birinin yanında olub və bir birlərini dəstəkləyiblər, biz bunubariz nümunəsi İkinci Qarabağ Müharibəsində gördük. İkinci Qarabağ müharibəsində dünya dövlətləri Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının şahidi oldu. Müharibənin başladığı ilk andan etibarən son anına qədər Türkiyə, başda prezident R.T.Ərdoğan olmaqla haqq-ədalət savaşımızda mənəvi-siyasi dəstək nümayiş etdirdilər. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Texnofest festivalı Azərbaycan –Türkiyyə dövlətlərinin birliyinin nümayişidir, onun təzahürüdür. Cənab Prezident öz çıxışında bildirmişdir ki, Azərbaycan –Türkiyyə xalqları öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar. Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Əlağa Ağayev,YAP Xocalı rayon təşkilatının əməkdaşı